Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəkbackend

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Qardaş briqada layihəsi” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Geliboluya gəlib.

“İki dövlət, bir millət” anlayışı ilə tək yumruq olmağa davam edirik”, – deyə məlumatda qeyd olunub.