Azərbaycan İlahiyyat İnstitutu YeniGundem.az-ı təbrik etdi-FOTObackend
“Yeni Gundem” İnformasiya Agentliyinə
Bu gün “Yeni Gundem” İnformasiya Agentliyinin iki yaşı tamam olur.
Agentlik bu müddət ərzində ölkədəki xəbər portalları arasında kifayət qədər auditoriya toplayıb, oxucularının rəğbətini qazanmağı bacarıb. “Yeni Gundem” İnformasiya Agentliyi öz fəaliyyətində dini mövzularda yazılara, bu sahədə cərəyan edən hadisələrə, o cümlədən, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin işıqlandırılmasına geniş yer verir. Bu əməkdaşlığı yüksək qiymətləndirir, gələcək fəaliyyətində “Yeni Gundem” İnformasiya Agentliyinin kollektivinə uğurlar diləyirik.
YeniGundem.Az