Azərbaycan İlahiyyat İnstitutu Yenigündəm.az-ı təbrik etdibackend

Hörmətli Təbriz müəllim,

Bu gün “Yenigundem.az” saytının üç yaşı tamam olur.

Sayt bu müddət ərzində ölkədəki xəbər portalları sırasında kifayət qədər auditoriya toplayıb, oxucularının rəğbətini qazanmağı bacarıb. “Yenigundem.az” saytı öz fəaliyyətində dini mövzularda yazılara, bu sahədə cərəyan edən hadisələrə, o cümlədən, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin işıqlandırılmasına geniş yer verir.
Bu əməkdaşlığı yüksək qiymətləndirir, gələcək fəaliyyətində saytın kollektivinə uğurlar diləyirik.

Hörmətlə,

Azərbaycan İlahiyyat İnstitutunun rəbərliyi və kollektivi.