Azərbaycan İlahiyyat İnstitutunun kollektivi və tələbələr ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edibbackend

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) kollektivi və tələbələr ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Ermənistanın ölkəmizə qarşı 27 sentyabrdan başlayan təxribatına cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 45 günlük Vətən Müharibəsinin qələbə ilə başa çatması münasibətilə, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək məqsədilə Aİİ kollektivi və tələbələr ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.