Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edirbackend

Prezident İlham Əliyevin İtaliyaya ikigünlük işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açır. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirakı, həmçinin dövlətimizin başçısının forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etməsi ölkəmizə və onun liderinə olan böyük hörmətin nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında toxunduğu mühüm problemlər sırasında fundamental xarakter daşıyan beynəlxalq hüquq normalarının pozulması, beynəlxalq birliyin buna səssiz qalaraq, etinasız münasibət bəsləməsinə toxunulmuşdur.

İtaliya ilə Azərbaycan arasında çox yüksək səviyyəli münasibətlər mövcuddur və bu münasibətlər hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına cavab verir.

Cənab Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirdi ki, Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Dövlət başçısı qeyd etdi ki, “bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var”.

Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Bu önəmli əməkdaşlıq istiqamətlərindən biri də təhsil sahəsidir. Buna misal olaraq ADA Universitetinin İtaliyanın beş aparıcı universiteti ilə tərəfdaşılığını qeyd etmək olar. Həmçinin Bakıda yaradılan Azərbaycan-İtaliya Universiteti də bu sahədə mövcud olan əlaqələrin göstəricisidir”, – deyə Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Nəsimi rayon sakini

Xasməmmədova Ayişə