Azərbaycan “İslam Həmrəyliyi” çərçivəsində Ərəb dövlətləri ilə sıx əməkdaşlığıbackend

Prezident İlham Əliyev 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri (Liqasının 31-Zirvə toplantısında çıxış etmişdir. Bu da Ərəb dövlətləri ilə dostluq və qardaşlıq əlamətidir. Azərbaycan ərəb dövlətləri ilə birliyini nümayiş etdirir. Əlcəzair xalqıda Azərbaycan xalqı kimi işğala məruz qalmışdır. Azərbaycanla eyni taleyi yaşamışdır. Fransa Əlcəzair xalqına qarşı 100 ildən çox təcavüz etmişdir. Bu 100 illik müharibə ərzində 1,5 milyondan artıq əlcəzairli öldürülmüşdür. Heç kimə yad deyilki, Azərbaycan xalqı da erməni təcavüzünə, vandalizminə məruz qalaraq 20% torpağını itirmiş və 1 milyondan artıq soydaşlarımız öz ata-baba yurdlarından didərgin düşmüşdülər. Ona görə də gələcəkdə belə hadisələrin bir daha yaşanmamağı üçün səy göstərilməlidir.

Azərbaycan 2006-cı ildən Ərəb Dövlətlərinin Liqasının müşahidəçi statusunda üzvüdür. Təbiki, Azərbaycan öz siyasi qismində əməkdaşlığını daha da genişləndirmək istəyir. Çünki, Azərbaycanda Əlcəzair kimi işğala məruz qalmışdır. Bu baxımdan da işğal ərzində “İslam Əməkdaşlıq Təşkilatına” üzv olan dövlətlərin dəstəyini hər zaman hiss etmişdi. Azərbaycan həmişə beynəlxalq arenada müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Hətta 2017-ci ildə “İslam Həmrəyliyi ili” elan edilmiş, Azərbaycan 4-cü İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etmişdir.

Bildiyimiz kimi, Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatının sədridir. Azərbaycan 2019-cu ildən bu təsisata sədrlik edir. Bu təsisata bütün üzv dövlətlərinin yekdil səsi ilə seçilmişik. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli rəğbətin təzahürüdür. Qoşulmama Hərəkatına sədrliyimiz bir daha yekdil səslə 2023-cü ilə qədər uzadılmışdır. Təbiki, bu gündə dünyada Azərbaycan müstəqil siyasət yeridir. Bir çox dövlətlər Azərbaycanla hesablaşırlar. Bu da bizim siyasətimizə verilən qiymərdir. Qoşulmama Hərəkatı Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var. Azərbaycan Qoşulmama Hərəkatı sədrliyi çərçivəsində COVİD-19 dövründə koronovirusla bağlı 80-dən çox ölkəyə həm maliyyə həm də humanitar yardım göstərmişdir. Azərbaycan 2020-ci ilin dekabrında COVİD-19 ilə mübarizə sahəsində BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı olduq. Təbiki, bu təşəbbüslərin məqsədi var idi. Çünki, pandemiya dövründə resursları səfərbər etmək, peyvəndləri əldə etmək imkanı olmayan dövlətlər var idi. Və həmin dövlətlərə dəstək olmaq lazım idi. Çünki, bəzi inkişaf etmiş dövlətlər lazım olduğundan beş dəfə, on dəfə çox peyvənd əldə edirdilər. Nəticədə resursları olmayan dövlətlər əziyyət çəkirdilər. Azərbaycan bu məsələ də peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı mübarizə aparmışdır.

 

Azərbaycanda işğala məruz qalan ölkələrdən olmuşdur. 30 il torpaqlarımız erməni işğalında qalmışdır. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyd-şərtsiz qaytarılması ilə bağlı 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan rəhbərliyi bu qətnamələri 27 il ərzində yerinə yetirmədi. Və Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək Azərbaycan öz ərazilərini güc yolu ilə azad etmişdi. Universal təşkilat olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində yerinə yetirilir. Ancaq bizə gəldikdə bu qətnamələr kağız üzərində qalmışdır. Bu beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozulması deməkdir. İşğal işğal adlandırılmalıdır. İşğal nəticəsində on min kvadratkilometrdən çox ərazi tamamilə dağıdılmışdır. Demək olarki, hər şey yerlə-yeksan olmuşdur. Evlər, yollar, körpülər, tarixi abidələrimiz erməni vandalizmə məruz qalmışdır.  Hələ də Ermənistanın Azərbaycana qarşı terroru davam edir. İşğaldan azad olunmuş torpaqlarımızda 1 milyondan artıq mina basdırılmışdır. Bu da Ermənistan rəhbərliyinin Azərbaycana qarşı çirkin siyasətinin təzahürüdür. Mina səbəbindən 260-dan çox həm hərbi həm də mülkü vətəndaşlarımız minalara düşərək həlak olmuşdular. Bu gün Azərbaycan işğaldan azad olunmuş torpaqlarımızda “Böyük Qayıdış” adlı layihəni uğurla həyata keçirir. “Zəfər yolu”, “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri buna bariz nümunədir.

Abbasova Pərvanə

Bakı Slavyan Universiteti