Azərbaycan-İsrail Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirildibackend

Azərbaycan və İsrail arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, ikitərəfli iqtisadi və ticarət əlaqələrin inkişafı, turizm, enerji, kibertəhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində məhsuldar müzakirələr aparılıb.

“Ticarət və turizm nümayəndəliklərinin fəaliyyəti də bu məqsədə xidmət edəcək”, – M. Cabbarov əlavə edib.

Qeyd edək ki, Birgə Hökumətlərarası Komissiyasının iclası Azərbaycan tərəfindən M. Cabbarov, İsrail tərəfindən isə Xarici İşlər Naziri Qabi Aşkenazinin həmsədrliyi ilə keçirilib.