Azərbaycan – İsrail münasibətləri hazırda yüksək səviyyədədir – Sədaqət Vəliyevabackend

Azərbaycan-İsrail münasibətlərində yeni inkşaf mərhələsi
Tarixi dostluq əlaqələrinə söykənən Azərbaycan – İsrail münasibətləri hazırda yüksək səviyyədədir və bu münasibətlər dinamik şəkildə inkşaf etməkdədir.

İsrail dövləti hər zaman bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişdir. Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasındakı münasibətlərdə yeni inkşaf mərhələsinin başlanğıcı oldu.
Səfər çərçivəsində ölkə Liderləri arasında təkbətək və geniştərkibli görüşləri keçirildi, dövlətlərarası bir sıra sənədlər imzalandı və sonda Prezidentlər mətbuata bəyanatla çıxış etdilər. Görüşlə bağlı mətbuata bəyanatında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycanla İsrail arasında çox fəal siyasi dialoqun mövcudluğunu qeyd edərək İsraildə Azərbaycan səfirliyinin açılması faktının iki ölkə arasındakı əlaqələrin daha da yüksək səviyyəyə qaldıracağını bildirdi. Daha sonra dövlətimizin başçısı ölkələrarası ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu və növbəti illərdə ticarət dövriyyəsinin şaxələndirməsinin vacibliyini vurğuladı. Əlbətdə ticarət dövriyyəsinin şaxələndirilməsi ölkə iqtisadiyyatımıza xeyli müsbət təsir göstərəcək.
Çıxışında cənab Prezidentimiz yeni perspektiv əməkdaşlıq sahələrinə toxunaraq irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələrin reallaşdırılacağını bildirdi. Eyni zamanda yeni əməkdaşlıq sahələrdən biri kibertəhlükəsizlik sahəsi olacaqki, bu da ölkəmizin kiber təhlükələrdən qorunması üçün mühüm faktor olacaq. Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələrinə toxunan Ali Baş Komandanımız cənab İlham Əliyev İsrailin müasir avadanlıqlara çıxışı olduğunu və bunun da ölkəmizin müdafiə qabiliyyətini, dövlətçiliyimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaratdığını diqqətə çatdırdı. Bu eyni zamanda Azərbaycan ordusunun daha da qüdrətlənməsinə və müasir silahla təmin olunmasına gətirib çıxaracaq.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalandı. Əməkdaşlıq Planının imzalanması ölkəmizdə səhiyyə və tibb sahəsinin inkişafına böyük töhvə verəcək.
Ümumilikdə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri səmərəli və məhsuldar olmaqla yanaşı iki ölkə arasındakı əlaqələrin inkşafına və yeni-yeni perspektiv əməkdaşlıq sahələrinin yaranmasına böyük təkan verəcək.