Azərbaycan Laçın dəhlizini onlayn izləyəcəkbackend

Erməni mənbələr yazır ki, Laçın dəhlizinin girişində qurulacaq mini gömrük postunda rentngen skanerlər olacaq və Azərbaycan buradan keçəcək avtomobillərin sərnişinlərini, eləcə də baqajlarını onlayn rejim də izləyə biləcək.

“Yeni Gundem” xəbər verir ki, bunu siyasi ekspert Asif Nərimanlı bildirib.

O sözlərinə belə davam edib:

“Bu, daha mümkün versiyadır. Rusiya Azərbaycanın dəhlizdə post qurmasını istəmir, amma Bakının tələbləri qarşısında da duruş gətirmək çətinləşib, xüsusilə qanunsuz daşıma, silah-sursatın keçirilməsi faktlarının aşkarlanması fonunda. Və istisna deyil ki, bu vəziyyətdə hər iki tərəf ortaq məxrəcə gəlib: Bakı gömrük postunun avadanlıqlarını – rentgen skanerləri təmin edəcək, postda rus hərbçilərin dayansa da Azərbaycanın onlayn rejimdə izləyə biləcək.”

Fərahim Rəhimov