Azərbaycan məktəbində biabırçılıq: Şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir – VİDEObackend

Azərbaycanda fəaliyyət göstərən məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneiyə həsr olunmuş mahnı ifa etdirilib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi qeyd edilib.

Eyni zamanda, görüntülərdə Azərbaycan bayrağının yanlış asılması da əks olunub.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ barədə açıqlama veriləcək.

Oxu.az