“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” son 17 ildə nə edib?backend

2004-2020-ci illərdə Azərbaycanda 4,5 min km uzunluğunda suvarma kanallarının, 3,3 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurma və bərpası , 473 min hektar sahədə torpaqların su təminatının və 303 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib,202 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib.

“Yeni Gündəm” xəbər verir ki, bunu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin İdarə Heyətinin sədr müavini Zakir Quliyev bildirib.

Onun sözlərinə görə, mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürləndiriib, çaylarda sel və daşqınlara qarşı 200 km-lik mühafizə tədbirləri həyata keçirilib, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2 990 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi su tutumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə ) tikilmiş, eləcə də ümumi su tutumu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoqolovoçay, Ləvain ) təmir-bərpa edilib.