Azərbaycan Mərkəzi Bankı Türkiyə Mərkəzi Bankı ilə svop razılaşmasına dair danışıqlar aparmır – RƏSMİbackend

Azərbaycan Mərkəzi Bankı Türkiyə Mərkəzi Bankı ilə svop razılaşmasına dair danışıqlar aparmır.

“Yeni Gündəm” xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov bildirib.

“Bu məlumatı biz də görmüşük. Biz TMB ilə milli valyutada hesablaşma mexanizminin yaradılması ilə bağlı danışıqlar aparırıq, burada bəzi texniki problemləri aradan qaldırmağa çalışırıq”, – o qeyd edib.

Xatırladaq ki, xarici mətbuatda yayılan məlumatlara görə, iki qurum 1 milyard avro dəyərində svop sazişi imzalamaq istəyir.