Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq – AFFA tarixi açıqladıbackend

Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

“Yeni Gündəm” xəbər verir ki, bununla bağlı rəsmi məlumat AFFA-nın saytında yayımlanıb.

AFFA və Türkiyə Futbol Federasiyası arasında danışıqlar aparıldığı və əldə olunmuş razılığa əsasən, komandaların bu il mayın 27-də qarşılaşacağı bildirilib. Görüş Alanyadakı “Oba” stadionunda keçiriləcək.

Oyunun saatı ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, Türkiyə və və Azərbaycan milli komandaları arasında ötən ilin may ayında da yoxlama görüşü keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu görüş təxirə salınmışdı.

Bu ilki qarşılaşma Türkiyə millisinin “Avro-2020″nin final mərhələsinə hazırlığı çərçivəsində keçiriləcək.