“Azərbaycan millisinin müdafiəsini yarmaq çətin idi”backend

Serbiya yığmasının hücumçusu Aleksandar Mitroviç DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

“Yeni Gündəm” xəbər verir ki, 27 yaşlı futbolçu Bakıda 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Hər oyuna ayrıca yanaşırıq. Yaxşı ki, sonda 3 xalı qazanmağı bacardıq. Əsas qələbə qazanmaqdır. Əmin addımlarla irəliləyirik. Bununla kifayətlənməyəcəyik. Paltardəyişmə otağında fantastik atmosfer var idi”.

Vurduğu 2 qolla komandasına qələbə qazandıran İngiltərənin “Fulhem” klubunun forvardı 10 gün ərzində 3 görüş keçirməyin asan olmadığını vurğulayıb: “Bakıya favorit kimi gəlmişdik. Belədə meydana daha rahat çıxırsan. Bəlkə də erkən qol vurmasaydıq, vəziyyət gərginləşərdi. Oyun yaxşı keçdi. Rəqib müdafiəsini yarmaq çox çətin idi. Amma əsas odur ki, öz işimizi gördük və evə 7 xalla qayıdırıq”.