Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoydu – Ərdoğanın BMT kürsüsündən dünyaya mesajıbackend

“Qafqazda sabitlik baxımından yaxın keçmişdə önəmli addımlar atıldı”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoydu.

“Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoydu. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açıldı. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq”.