Azərbaycan Müdafiə Nazirliyi Əfqanıstandakı sülhməramlılarla bağlı daha bir məlumat yaydıbackend

Kabul beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil.

Bu barədə “Yeni Gündəm”-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur. Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.