Azərbaycan Müdafiə Nazirliyi: Ermənistanla sərhəddəki bölmələr gücləndirilmiş iş rejiminə keçibbackend

Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədindəki bölmələri gücləndirilmiş iş rejiminə keçib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur.