Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı: Ermənilər geri çəkildi – VİDEObackend

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.

Müdafiə Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.