Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosasiasının VII Yığıncağı baş tutubbackend

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, görüş Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilib.Görüşün əsas məqsədi Assosasianın strukturunda yeni dəyişikliklərin edilməsi, narçı fermerlərin problem və təkliflərinin öyrənilməsi olub. Nəticə etibarilə 5 nəfərdən ibarət idarə heyyəti və idarə heyətinin sədri müəyyənləşdirilib. İdarə heyətinin üzvləri arasında keçirilən səsvermə nəticəsində Azərbaycan Nar İstehsalçılar və İxracatçıları Assosasiasının sədri Fərhad Qaraşov yenidən sədr seçilib.

Görüşün ikinci panelində Azərbaycan Respublikasının Kənd Təsərrüfətı Nazirliyinin, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları narçı fermerləri problem və təkliflərini dinləyib, onların suallarını cavablandırıb. Fermerlər qarşılarında duran ən böyük problem olaraq məhsullarını xarici bazarlara çıxara bilmədiklərini qeyd ediblər. Bu məsələ kütləvi narazılıq olduğundan diqqətə götürülüb və həlli istiqamətində işlərin görüləcəyi bildirilib. Fermerlərin səmərəli gübrə-dərman vasitələrinin tələbi yerindəcə həllini tapıb, digər bir sıra məsələlər isə baxılması üzrə qeydiyyata alınıb.