Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin növbəti iclası keçirildi – FOTObackend

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin növbəti iclası keçirildi. İclas Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri Prof. Elmar Qasımovun rəhbərliyi ilə keçirildi.Professor Elmar Qasımov regionlarda fəaliyyət göstərən həkimlərin və həmçinin gənc oftalmoloqların davamlı inkişafı üçün dəyərli fikirlər səsləndirdi. Bununla yanaşı,buynuz qişanın transplantasiyası, göz bankının yaradılması ilə bağlı əsas addımlar, regionlardakı aktual problemlər və digər mövzular barəsində müzakirələr apardı.

“Yeni Gundem” xəbər verir ki, iclasda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini t.ü.f.d. Yazgül Abdıyeva tərəfindən 2023-cü ildə nəzərdə tutulan tədbirlər planı və beynəlxalq konfranslar haqqında məlumat təqdim edildi.
İclas müddətində t.ü.f.d. Həsənov C.V. tərəfindən “Buynuz qişanın mütəxəssisi kimdir?”, t.ü.f.d. Məcidova S. R. tərəfindən “Göz bankının yaradılması üçün əlavə addımlar”, t.ü.f.d. Əfəndiyeva M.E.
“WET-LAB haqqında bilmək istədiyiniz”, t.ü.f.d. Balayeva R.N. tərəfindən “İllik fəsadlar”, t.e.d. Qəlbinur T.P. tərəfindən “Etik komitə”, t.ü.f.d. Hüseynov X.R. tərəfindən “Katarakta refraktiv cərrahiyyə dərnəyi”, dr. Sayılova G.T. tərəfindən “Şirvanda olan problemlər”, rezident Ərəbov E.Q. tərəfindən “Müasir oftalmologiyanın gənc oftalmoloqlara dəstəyi” kimi mövzular müzakirə olundu.
Prof. Çingiz Carullazadə, prof. Paşa Qəlbinur, t.e.d. Nizami Bağırov, t.ü.f.d. Qurban İsmayılov, dr. Emin Əlihüseynli tərəfindən maraqlı fikirlər səsləndirildi.

İclasda t.e.d. Nazilə Rüstəmova, t.e.d. Hicran Namazova, t.e.d. Rəna Ağayeva, AOC-un elmi katibi Ceyhun Nəzərli və digər mütəxəssislər iştirak etdilər.

Eyni zamanda AOC-un heyət üzvləri “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı konfrans və Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans haqqında fikir və təkliflərini səsləndirdi.