Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin növbəti illik iclası keçirildi – FOTObackend

13 yanvar 2023-cü il tarixində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin növbəti illik iclası keçirildi.İclas Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri Prof. Elmar Qasımovun rəhbərliyi ilə keçirildi.

“Yeni Gundem” xəbər verir ki,iclasda 2022-ci ildə keçirilən tədbirlər, konfranslar haqqında illik hesabat verildi və 2023-cü ildə nəzərdə tutulan tədbirlər planı qeyd olundu. Gənc kadrların fəaliyyət planları haqqında məsələlərdən söz açıldı. 

Gələcəkdə keçiriləcək konfrans, seminar və toplantılar haqqında məsələlər müzakirə olundu. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini t.ü.f.d. Yazgül Abdıyeva 2022-ci ilin hesabatını təqdim edərək eyni zamanda 2023-cü il üçün nəzərdə tutulan elmi beynəlxalq tədbirlərlə bağlı məlumat təqdim etdi.
Toplantıda T.ü.f.d. İsmayılov Q.M. tərəfindən “Oftalmologiyada olan problemlər”, Dr. Həsənov C.V. tərəfindən “İlin yekünu”, Dr. Əlihüseynli E.H. tərəfindən “Hesabat” müzakirə edildi.
Prof. Kərəm Kərimov, prof. Paşa Qəlbinur, Dr.Ceyhun Nəzərli, t.e.d. Tural Qəlbinur fikir və təkliflərini səsləndirdi və digər məsələlər müzakirə olundu, eyni zamanda heyət üzvləri t.e.d., dos. Rena Ağayeva, t.e.d. prof.Rasim Hacıyev, t.ü.f.d. Müşfiq Kərimov və digər həkimlər tədbirdə iştirak etdilər.