Azərbaycan ordusu ermənilərin komandirini vurdubackend

“Ermənistan ordusunun daha bir zabiti məhv edilib”

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

““Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv edilib”, – deyə V.Dərgahlı qeyd edib.