“Azərbaycan Ordusu həm ənənəvi, həm də hibrid müharibə apara bildi .”- Arzu Nağıyevbackend

Ordumuz həm suda, həm quruda, həm də dağlıq sahədə vuruşma qabiliyyətini bütün dünyaya göstərdi. Buna görə, dünyanın aparıcı ölkələrində təşkil olunan hərbi kurslarda Azərbaycan Ordusunun taktikaları, əməliyyatları necə aparması haqqında nəzəriyyələrin öyrədilməsi fikri formalaşdı. Azərbaycan Ordusu həm ənənəvi, həm də hibrid müharibə apara bildi. Xüsusilə müasir texnologiyalardan istifadə etməklə, Azərbaycanın hərbi sənaye kompleksinin köməyi ilə nailiyyət qazandıq. Seçilən taktika, strategiya zamanı Azərbaycanın öz silahlarından da istifadə olundu.

Bu sözləri “Yeni Gundem”-ə Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib.

“Bütün bunları idarə edən Ali Baş Komandan idi. Eyni zamanda Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, bütün hüquq-mühafizə orqanlarının xidmətləri, xalqın ruh yüksəkliyini qorumaq üçün aparılan informasiya müharibəsi və s. Sübut etdi ki, biz qalibiyyətə layiqik.”

Milli Məclisin deputatı Vətən müharibəsində qələbəni qazandıran amilləri qeyd edib:

‘Azərbaycan Ordusunun bu cür müasir vəziyyətə gəlməsi Ulu Öndər Heydər Əliyevin vaxtilə həyata keçirdiyi ciddi islahatların təzahürü idi. Cənab Prezidentin də orduda həyata keçirdiyi islahatlar, müasir silahların, texnikanın alınması qələbəni ortaya qoydu.Ən mühüm məqam isə bu idi ki, ermənilərin özləri haqqında yaratdığı miflər darmadağın oldu. Vətən müharibəsində Azərbaycanın qələbəsindən indiyə qədər Ermənistan ordusunda istefalar, narazılıq, ölkə daxilində çevriliş cəhdləri və s. Nüansların şahidi olduq”.

Fərahim