Azərbaycan Ordusu Sünikə girib? – Ermənilər təşvişdə – ÖZLƏRİ AÇIQLADIbackend

Azərbaycan Ordusunun Sünikə, Nerkin Xndzoresk kəndinə girməsi barədə erməni sosial şəbəkələrdə həyəcan və təşviş dolu paylaşımlara reaksiya verilib.

Axar.az xəbər verir ki, Sünik vilayətinin Nerkin Xndzoresk kəndinin icma sədri Ervand Malunts bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

“Rəsmi olaraq Azərbaycan Ordusunun Nerkin Xndzoreskə girmədiyini elan edirəm. İcmada hər şey qaydasındadır, burada bir nəfər də olsun azərbaycanlı yoxdur”, – Malunts bildirib.