Azərbaycan Ordusu Xankəndi yaxınlığında erməni terrorçularını məhv etdibackend

Bu gün səhər saatlarında Azərbaycan hərbçiləri Şuşa rayonunun Xəlfəli kəndi ərazisində Qarabağdakı separatçı tör-töküntülərinin təxribatının qarşısını alıb.

“Yeni Gundem” xəbər verir ki, erməni separatçıların Laçın yoluna alternativ olan Xəlfəli yolu (torpaq yol) ilə Ermənistandan Xankəndinə silah-sursat daşınmasının davam etdirildiyi barədə bir müddətdir siqnallar daxil olub.

Bu gün səhər saatlarında da bu barədə əməliyyat məlumatları alan Azərbaycan hərbçiləri ərazidə yoxlama aparmaq üçün Xəlfəli yoluna çıxıb. Əməliyyatçılarımız yolla hərəkət edən erməni maşınını saxlamaq istəyərkən avtomobildən onlara atəş açılıb.

Cavab atəşi ilə düşmən zərərsizləşdirilib.

Ermənistan mətbuatı podpolkovnik, mayor və leytenant rütbəli üç separatçının öldürüldüyü, bir nəfərin yaralandığı barədə məlumat yayıb.