Azərbaycan Paralimpiya Oyunlarında ilk qızıl medalını qazandıbackend

Azərbaycan Tokioda keçirilən Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

“Yeni Gündəm”-in məlumatına görə, paracüdoçumuz Şəhanə Hacıyeva çıxışı uğurlu alınıb. Yaponiyalı Şizuku Hanqai, daha sonra Viktoriya Potapovaya (Rusiya) qalib gələn həmyerlimiz finala yüksəlib.

O, çempionluq döyüşündə fransalı Sandrin Martinlə qarşılaşıb və qələbə qazanıb. Bununla da, Azərbaycan millisinin paralimpiadada ilk qızıl medalı rəsmiləşib.