Azərbaycan Parlamenti tarixi iclas keçirirbackend

Bu gün Milli Məclisdə “Dağları aşmaq: Qərbi Azərbaycana dinc və qanuni qayıdış” mövzusunda ictimai dinləmələr keçirilir.

“Yeni Gundem” xəbər verir ki, tədbir Milli Məclisin İnsan Hüquqları Komitəsinin təşəbbüsü ilə keçirilir.

İclasda deputatlarla yanaşı, Qərbi Azərbaycan icmasının nümayəndələri də iştirak edir.

Deputatlar və müzakirələrə dəvət olunanlar Qərbi Azərbaycana sülh və qanuni yolla qayıtmaq barədə fikirlərini bildirir, təkliflər irəli sürürlər.

Fərahim Rəhimov