Azərbaycan Premyer Liqasının reytinqi açıqlandıbackend

Dünyanın ən yaxşı futbol liqalarının 2020-ci il üzrə reytinq cədvəli açıqlanıb.

“Yeni Gündəm” xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) hazırladığı siyahıda 80 ölkə çempionatı yer alıb.

Azərbaycan Premyer Liqası reytinq cədvəlində 174 xalla 74-cü sırada qərarlaşıb.

2020-ci ilin ən reytinqli liqası isə 1026 xalla İtaliya A seriyası olub. İkinci sırada 1003 xalla İngiltərə Premyer Liqası, üçüncüdə isə 964 xalla Braziliya A seriyası qərarlaşıb.