Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa başsağlığı veribbackend

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa başsağlığı verib.

“Yeni Gündəm”-in xəbərinə görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Ananız – Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.