Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Bəyanat yaydıbackend

AZƏRBAYCAN QAÇQINLAR CƏMİYYƏTİNİN VƏ QƏRBİ AZƏRBAYCAN İCMASININ

BƏYANATI

Ermənistannın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə növbəti ballistik raket hücumu nəticəsində mülki şəxslərimizin vəhşicəsinə qətlə yetirilməsi erməni faşizminin daha bir əyani təzahürüdür. Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq Ermənistan faşist dövlətinin bu terror hərəkətini kəskin şəkildə pisləyir, ona havadarlıq edən, humanitar yardım adı ilə onu silahlandıran bütün beynəlxalq gücləri lənətləyirik.

Cəbhədə Azərbaycan ordusunun gücü qarşısında dayana bilməyib, günbəgün ağır məğlubiyyətlərə uğrayan Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin çıxış yolu kimi müxtəlif dövlətləri bu münaqişəyə cəlb etmək, Cənubi Qafqazı müharibə ocağına çevirmək cəhdləri artıq heç bir nəticə vermir və region dövlətləri tərəfindən qınanır.

Azərbaycan prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağda ordumuzun zəfər yürüşünün davamının yeganə düzgün yol olduğunu, harada yerləşməsindən asılı olmayaraq bizə qarşı legitim hərbi hədəflərin vurulması siyasətinin davam etdirilməsini qəbul və müdafiə edirik.

Yaşasın Azərbaycan ordusu!
Yaşasın Ali Baş Komandanımız!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!