Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Bəyanat yaydıbackend

Ermənistanın bugünkü cinayətlərinin bədəlini təkcə Ermənistan dövləti yox, erməni xalqı da ödəyəcəkdir.

Qərbi Azərbaycan İcmasının və Azərbaycan Qaçqınlar Cəmiyyətinin Bərdə qətliamı ilə bağlı BƏYANATI

Ermənistanın hərbi-siyasi rejimi öz faşist mahiyyətinə sadiq qalaraq, Azərbaycanın cəbhə xəttindən uzaq yaşayış məntəqələrinə artilleriya və raket zərbələri endirməkdə davam edir. Bu, son yüz ildə ermənilərin Cənubi Qafqazda və ayrı-ayrı ölkələrdə siyasi və hərbi rəqibləri ilə mübarizədə daim əl atdıqları metoddur və onların terrorçu təbiətindən irəli gəlir. Tarix boyu insanlıq adına ləkə olan ermənilər hərb meydanında uduzduqlarının acısını dinc əhalini, köməksiz insanları – uşaqları, qadınları, qocaları vəhşicəsinə qətlə yetirməklə çıxarmış və bu ləyaqətsiz, şərəfsiz hərəkətlərini öz millətlərinin embleminə çevirmişlər.Dünən Azərbaycanın qədim Bərdə şəhərinin yaşayış massivinin raket atəşinə tutulması, onlarla günahsız insanın qətlə yetirilməsi və ağır yaralanması, bundan əvvəl Gəncə, Tərtər, Goranboy və digər yaşayış məntəqələrimizin ardıcıl olaraq raketlərlə vurulması erməni vandalizminin növbəti təzahürləridir.

Ermənistana verilən silahlar dinc əhaliyə qarşı işlənildiyi üçün bu ölkəyə silah verilməsinə, hətta satışına dərhal qadağa qoyulmalıdır, əks-təqdirdə cinayətkar ölkəni silahlandırmaqda davam edən ölkələr Ermənistanın hərbi cinayətlərinin iştirakçısı sayılır, bu cinayətlərə görə Ermənistanla bərabər səviyyədə məsuliyyət daşıyır və zamanı gələndə beynəlxalq məhkəmələr qarşısında dayanmalı, Azərbaycana vurulan maddi və mənəvi ziyanı ödəməlidirlər.Azərbaycan xalqının səbr kasası daşmışdır. Erməni xalqı isə bilməlidir ki, özlərinin faşist hərbi-siyasi rəhbərlərini durdurmayacaqlarsa, bunun bədəlini təkcə Ermənistan dövləti yox, erməni xalqı da ödəyəcəkdir. Bu gün Ermənistanda mövcud olan hərbi-siyasi xunta bundan sonra da dinc əhalimizi faşistcəsinə qətlə yetirməkdə davam edəcəksə və erməni əhali də buna laqeyd qalacaqsa, yaxud dəstək olacaqsa, Azərbaycan xalqı gələcəkdə erməni xalqı ilə yanaşı yaşamağı istəməyə bilər – nəinki təkcə Qarabağda, həm də bütün Cənubi Qafqazda. Necə ki, 1988-ci ildə Ermənistan erməniləri bizimlə – ata-babaları minillər boyu Ermənistanda yaşamış azərbaycanlılarla yanaşı yaşamaq istəmədi və bizi – 300 min nəfər dinc azərbaycanlı əhalini Ermənistandakı öz doğma ocaqlarımızdan qəddarlıqla qovub çıxardı.