Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının onlayn iclası keçirildibackend

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının onlayn iclası keçirilmişdir.

28 mart 2021- ci il tarixdə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin sədrliyi ilə icmanın onlayn iclası keçirilmişdir.

Gündəlikdə duran məsələlərə keçməzdən əvvəl Əziz Ələkbərli Qərbi Azərbaycanda mədəni irsimizin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı özünün də iştirakı ilə tanınmış ziyalılar tərəfindən UNESCO- ya olunan müraciətin zərurəti və perspektivdə gözləntilər, ölkədə baş verən proseslər barədə, gündəlik üzrə qısa məlumat verdi.

Gündəlikdə aşağıdakı məsələlər qoyulmuşdur.

1. 31mart
“Azərbaycanlıların
soyqırımı”nın anımı
haqqında
Mirfaiq Mirheydərli

2. Aşıq Ələsgərin 200 illik
yubiley tədbirinin
keçirilməsinə hazırlığın
vəziyyəti haqqında.
Fəqan Bəhrəmov

3. Qərbi Azərbaycan
İcmasının yeni
strukturunun ilkin
variantının sxematik
layihəsinin təqdim
olunması haqqında.
Mirfaiq Mirheydərli

4. “İrəvan – FK” -nun
fəaliyyəti üçün kompleks
tədbirlərin həyata
keçirilməsi məqsədilə
Qərbi Azərbaycan
İcmasının təşəbbüsləri
haqqında.
Əbdüləli Həsənov

Gündəlikdə duran məsələlər İH üzvləri və digər iştirakçılar tərəfindən geniş müzakirə olunaraq qərarlar qəbul edildi.