“Azərbaycan Qarabağda yaşayan erməniləri enerji ilə təmin etmək iqtidarındadır” – Nazir müavinibackend

Azərbaycan Qarabağda yaşayan erməniləri enerji ilə təmin etmək iqtidarındadır.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Baki Enerji Forumunda çıxış edərkən Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib: “Qərar verilsə biz bunu bir neçə saat içərisində edə bilərik”.

Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar bizim qazımızdan istifadə edə biləcəklər. Bu onlara indikindən daha ucuz başa gələcək.

Elnur Soltanov onu da əlavə edib ki, əsas məqsəd Qarabağı və azad olunmuş əraziləri yaşıl zonaya çevirməkdir, bu da o deməkdir ki, burada istehsal edilən bütün elektrik enerjisi alternativ enerji mənbələrindən əldə olunacaq: “Əsas məqsəd azad olunmuş əraziləri yaşıl zonaya çevirməkdir. Bu da o deməkdir ki, burada istehsal edilən bütün elektrik enerjisi alternatin enerji mənbələrindən əldə olunacaq. Bu ərazilərdə qazdan istifadə olunması nəzərdə tutulub”.