Azərbaycan simfonik musiqisi SONY leyblinin təqdimatındabackend

Bu günlərdə Azərbaycan klassik musiqisinə olduqca önəmli töhfə verilib.

“Yeni Gündəm” xəbər verir ki,Dünya şöhrətli SONY leybli Avropanın ən yaxşı heyətlərindən biri olan – Liepay Simfonik Orkestrinin (LSO) ifasında Azərbaycan simfonik musiqisinin incilərindən ibarət disk buraxacaq.

Azərbaycanın tanınmış dirijoru, respublikanın Xalq artisti Yalçın Adıgözəlovun ifasında Niyazinin “Rast”, Vasif Adıgözəlovun “Segah” simfonik muğamları, V.Adıgözəlovun və T.Elçinin “Qarabağ Şikəstəsi” oratoriyası ifa edilərək yazıya alınıb. Diskin üz qabığının tərtibatı Azərbaycanın məşhur rəssamı Toğrul Nərimanbəyovun əsəri əsasında hazırlanıb.

Əsərlərin digər ifaçıları – solist xanəndələr Mənsum İbrahimovun, Elçin Haşımovun, Elnur Əhmədovun təmsil etdiyi “Qarabağ” triosudur.
Azərbaycan simfonik xəzinəsi incilərinin ümumdünya səviyyəli  səsyazma şirkəti tərəfindən ifa olunub, yazıya alınması mədəniyyətimiz adına əlamətdar hadisədir. Həm dünya standartlarına uyğun kamil keyfiyyətli səs yazısı, həm də ifaçıların məharətli ifası ölkəmiz və onun sənətsevərləri üçün olduqca önəmli və qürurvericidir

Ayşən Rəhim