Azərbaycan Texniki Universiteti Abşeron Logistika Mərkəzi ilə əməkdaşlığa başlayırbackend

Yanvarın 22-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev ilə görüşüb.

AzTU-dan “Yeni Gündem”-e bildirilib ki, rektor qonaqlara ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. AzTU-nun Abşeron Logistika Mərkəzi ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən V.Vəliyev qarşılıqlı elmi, nəzəri və ustad dərslərinin, həmçinin seminarların keçirilməsi ilə bağlı təkliflər səsləndirib.
Abşeron Logistika Mərkəzinin direktoru görülən işlər və layihələr haqqında danışıb. Mərkəzin mütəxəssislərinin universitetin tələbələrinə seminarlar keçməsi ilə bağlı təklifi müsbət qarşıladığını bildirib. O, AzTU-nun məzunlarının mərkəzdə işlə təmin olunacağının nəzərdə tutulduğunu da diqqətə çatdırıb.
Sonda Azərbaycan Texniki Universiteti ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum