Azərbaycan Texniki Universiteti daha bir uğura imza atıbbackend

Azərbaycan Texniki Universiteti (AzTU) MDB ölkələrinin Nanotexnologiyalar​ üzrə​ Beynəlxalq İnnovasiya​ Mərkəzinə üzv seçilib.

“Yeni Gündəm” xəbər verir ki, AzTU mərkəzin üzvü olaraq elmin inkişafına​ töhfə​ verməklə yanaşı, birgə elmi simpoziumlar, seminarlar və konfransların təşkilində, həmçinin beynəlxalq layihələrdə iştirak etmək imkanı qazanacaq.

Qeyd edək ki, mərkəz 2009-cu ildə Rusiyanın Dubna şəhərində üzv ölkələr arasında innovasiya, tədqiqat və təhsil əlaqələrinin inteqrasiyasına kömək məqsədilə yaradılıb.​