Azərbaycan Turizm Sammiti başladıbackend

Azərbaycanda bu gün Turizm Sammiti başlayıb.

Yeni Gundem” xəbər verir ki, “Azərbaycan Turizm Sammiti 2022” Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turizm sənayesində son tendensiyaları, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə tərəfdaşlar üçün yaradılmış korporativ platformadır.
Sammit dövlət və özəl sektorun Azərbaycanın turizm istiqaməti kimi inkişafında iştirakını təşviq etmək üçün inklüziv, interaktiv və nəticəyönümlü imkanlar təqdim edir.

Qeyd edək ki, sammit bu gün Bakı Konqres Mərkəzində , saat 09:00-da başlayıb.

Fərahim Rəhimov