Azərbaycan türkü qardaşlarımızın acısını bölüşürük – Türkiyə MNbackend

Türkiyənin Milli Müdafiə Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

“Yeni Gündəm” xəbər verir ki, nazirliyin tvitter səhifəsində yerləşdirilən paylaşımda bildirilib:

“103 il öncə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni quldurları tərəfindən soyqırımına məruz qalan Azərbaycan türkü qardaşlarımızı rəhmətlə yad edir, Azərbaycan türkü qardaşlarımızın acısını bölüşürük”.