“Azərbaycan vaksinasiya sahəsində öndə gedir”backend

“Pandemiya ilə mübarizədə yeganə effektiv üsul vaksinasiyadır, bunu hər birimiz gözəl anlayırıq”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev bildirib.

O, əhaliyə vaksinasiyada iştirakına görə təşəkkür edib: “Vətəndaşlara təşəkkür edirəm, yüksək səviyyəli vətəndaşlıq nümunəsi göstərərək vaksinasiyadan keçirlər. Azərbaycan bu sahədə öndə gedən ölkələrdən biridir”.