Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olubbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko aprelin 13-dən Azərbaycanda işgüzar səfərdədir.