“Azərbaycan və erməni xalqları yanaşı yaşamağa məhkumdurlar”backend

Azərbaycan ilə Ermənistan arasında sülh müqavələsinin bu ilin sonunadək bağlanacağına dair xəbərlər yayılanda çox sevinmişdim. Amma hadisələrin hazırki gedişatı onu göstərir ki, proses uzana bilər.

Bu sözləri erməni əsilli tanınmış rusiyalı kinorejissor Karen Şahnazarov bildirib.

“Bunun üçün çox mühüm səbəblər var. Hazırda Cənubi Qafqaza maraq bir anda bir neçə dünya gücü tərəfindən izlənilir – Rusiya, Qərb (ABŞ başda olmaqla), İran, Türkiyə… Onların hamısının bu regionda öz marağı var və hərə öz marağını qorumağa, yeritməyə çalışır. Bu halda Bakı və İrəvan siyasi manevrlər etməyə məcbur qalır. Bu, çox qəliz proseslərdir. Amma mən həmişə Azərbaycan ilə Ermənistan arasında sülhün olacağına inanmışam. Açığını deyim, düşünürəm ki, bu siyasi oyunlar olmasaydı, sadə azərbaycanlılar ilə ermənilər öz aralarında çoxdan anlaşardı. Amma bu proseslər belə sadə yolla gedə bilməz. Bu artıq indiki dünyanın qayda-qanunudur”, – deyə o qeyd edib.

Rejissorun sözlərinə əsasən, bu ilin sonunda olmasa da, gələn il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanacaq.

“Başqa cür ola da bilməz. Çünki Azərbaycan və erməni xalqları yanaşı yaşamağa məhkumdurlar, geci-tezi bu xalqlar öz aralarında dil tapacaq. Bu asan olmayacaq, amma artıq Bakı və İrəvan bu yolda ilk addımlarını ata bilib”, – deyə həmsöhbətimiz qeyd edib.Axar.az