“Azərbaycan və Ermənistanla təmasdayıq” – Aİbackend

“Biz həm Azərbaycan, həm də Ermənistanla əlaqə saxlayırıq”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutacaq görüşlə bağlı jurnalistlərə açıqlamasında söyləyib.

“Ümid edirik ki, vəziyyətin inkişafına töhfə verə biləcəyik. Biz humanitar problemlərin müzakirəsi üçün dekabrın 15-də Şərq tərəfdaşlığı sammiti çərçivəsində daha bir görüşə ümid edirik”, – deyə Viktorin bildirib.