Azərbaycan və İran arasında razılaşma əldə olundubackend

Azərbaycan və İran arasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisinin davam etdirilməsi və istismarı haqqında razılaşma əldə olunub.

Bu barədə “Yeni Gündəm” İranın Energetika Nazirliyinin informasiya portalına istinadən məlumat verir.

Məlumata görə, İran və Azərbaycan arasında yaxşı qonşuluq və birgə əməkdaşlıqlara əsasən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisinin davam etdirilməsi üzrə birgə işçi qrupunun iclası İranın Şərqi Azərbaycan vilayətinin Xudafərin rayonunda keçirilib.

Məlumatda qeyd olunur ki, iclasda Azərbaycan və İranın energetika nazirlərinin müavinləri və digər əlaqədar rəsmilər iştirak ediblər.