Azərbaycan və İran XİN başçıları görüşdübackend

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif Düşənbədə görüşüblər.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə İran hökumətinin “Twitter”dəki rəsmi hesabında məlumat verilib.

Bildirilib ki, görüş “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində baş tutub.

Görüşdə XİN başçıları Qafqaz regionunda son vəziyyət, Xəzər dənizində qarşılıqlı əməkdaşlıq, iqtisadi və siyasi sahələrdə digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.