Azərbaycan və Türkiyə arasında rəqəmsal ticarətə dair sənəd imzalandıbackend

Azərbaycanla Türkiyə arasında rəqəmsal ticarət haqqında Anlaşma Memorandumu imzalanıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir əlavə edib ki, imzalanan sənəd ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə, mal və xidmətlərin müasir vasitələrlə ticarətinə və ölkələrdə rəqəmsallaşma prosesinin inkişafına təkan verəcək.