Azərbaycan və Türkiyə dostluğunun tarixini əks etdirən “Qızıl Qatar”backend

Tarixin səhifələrinə işıq salacaq “Qızıl Qatar” öz yolu ilə gedir.

“Yeni Gündəm” xəbər verir ki, Qurtuluş Savaşının ən önəmli hadisələrindən birini “mavi ekran”larda əks etdirəcək “Qızıl Qatar” filmi üçün geri sayım başladı. “Qızıl Qatar” filmi Türkiyə və Azərbaycan dostluğunun tarixinə səyahət üçün  mühüm bir ekran əsəri olacaq.

Tarixi bir dostluğun parçası olan, özəl və gerçək  hekayəsi ilə kino sahəsində önəmli yer tutacaq “Qızıl Qatar”’ filminin hazırlanmasını “Skala Production” şirkəti üzərinə götürüb. Maliyyə təminatı yüksək olan ekran əsərinin hazırlanmasına başlayan şirkət tarixin səhifələrinə işıq tutacaq bu filmi, “Azərbaycanfilm” kinostudiyası ilə birlikdə hazırlayır.

“Skala Production” bu film ilə Türkiyə və  Azərbaycanın dostluğunu “mavi ekran”lara daşıyaraq, milyonlarla insana çatdırılmasını hədəfləyir.

Tarixin tozlu səhifələrindən “mavi ekran”lara  yansıyan önəmli bir hekayə…

“Qızıl Qatar” filmi Qurtuluş Savaşının qızışdığı və Türk Ordusunun ehtiyatlarının tükəndiyi bir dövrdə Azərbaycanla möhkəmlənən əməkdaşlıq və həmrəylik hekayəsindən bəs edir.

Mustafa Kamal Atatürk, Nəriman Nərimanov və Kazım Qarabəkirin rəhbərliyi ilə qurulan strategiya əsasında formalaşdırılmış xüsusi  heyət Azərbaycanın  verdiyi yardımı Ankaraya çatdırmaq tapşırığı alır. Bu çətinliyi qəbul edən komanda zamana və düşmənə qarşı möhtəşəm mübarizə aparır.

Qafqaz bölgəsi ilə bağlı çoxlu planlar quran düşmənin insanlara verdiyi ağrı və əzabların şahidi olan komandanın vəzifəsi olduqca çətindir. İngilis və Rus agentlərinin məkrli oyunları, erməni dəstələrinin hücumları, soyuq hava, pusqu və fikir ayrılıqları – bütün bunların yaratdığı çətinliklərə baxmayaraq, əsl vətənpərvərlər nəyin bahasına olursa olsun vəzifələrini yerinə yetirmək üçün təhlükəyə sinə gərirlər.

2021-ci ilin martında çəkilişinə başlanacaq olan “Qızıl Qatar” filmi bu böyük mübarizənin çətinliyini bütün emosionallığı ilə izləyicilərə çatdırmağa çalışacaq.

“Skala Production” və “Azərbaycanfilm”in əməkdaşlığı sayəsində geniştərkibli aktyor heyəti ilə ərsəyə gələcək film üçün artıq danışıqlara başlanılıb.

Türkiyə və Azərbaycanın tarix boyunca bütün dünyaya nümunə olan dostluğuna və diplomatik əlaqələrinə həsr olunan “Qızıl Qatar” filminin 2022-ci ilin aprel ayında yayımlanması gözlənilir.