Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirildibackend

Azərbaycan Müdafiə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar arasında görüş keçirilib.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüş zamanı Hulusi Akar Zakir Həsənovu qələbə münasibətilə təbrik edib.