Azərbaycan və Türkiyə XİN rəhbərləri Belqradda görüşdübackend

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belqradda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Türkiyənin XİN rəhbəri “Twitter”də bildirib.

“Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla bu dəfə Belqradda görüşdük. İkitərəfli əlaqələrimizi və noyabrın 12-də İstanbulda keçiriləcək Türk Şurası Zirvəsinə hazırlıqları müzakirə etdik”, – M. Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, Belqradda Qoşulmama Hərəkatının 60 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir.