Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü başlayıb – YENİLƏNDİbackend

Yanvarın 14-də Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək görüşü başlayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

Azərbaycan nümayəndə heyəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Ukrayna nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.

Sonra dövlət başçılarının təkbətək görüşü başlayıb.

***

13:42

Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək görüşü başlayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.