Azərbaycan vətəndaşı İstanbulda silahını təmizləyərkən ehtiyatsızlıqdan dünyasını dəyişdibackend

Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan Azərbaycan vətəndaşı Nihad Əliyev xəstəxanada vəfat edib.

“Yeni Gündəm”-in məlumatına görə, hadisə İstanbul şəhərində Beşiktaşda yerli vaxtla saat 23:00 radələrində baş verib.

Şahidlərin ilkin ifadəsinə görə N.Əliyev silah ilə ehtiyatsız davranması nəticəsində silah açılıb və güllə onun baş nayihəsindən girib. Nəticədə N.Əliyev ağır yaralanaraq xəstəxanaya aparılıb.
Ağır yaralanan N.Əliyev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Unikal.org